“Twitter” istifadəçilərə dezinformasiya “tvit”ləri etiketləməyə imkan verən yeni funksiyanı sınağına başlayıb.
Bu barədə şirkətdən verilən məlumatda bildirilir.
“Yanıldıcı məlumatlar ehtiva etdiyini düşündüyünüz “tvit”ləri bildirməyə imkan verən xüsusiyyəti sınayırıq. Bundan sonra ABŞ, Cənubi Koreya və Avstraliyadakı istifadəçilər “tvit” haqqında məlumat ver” düyməsini tıkladıqdan sonra həmin “tvit”i “yanıldıcı” olaraq qeyd edə biləcəklər”, - deyə məlumatda bildirilir.
Eyni zamanda, “Twitter” istifadəçilərdən gələn hər belə bildirişə cavab verə bilməyəcəyini də xəbərdar edir. Ancaq onların fikrincə bu təcrübə tendensiyanı müəyyənləşdirməyə kömək edəcək və dezinformasiyaya qarşı mübarizənin sürətini və miqyasını artıracaq.
“Dezinformasiya ilə mübarizə üsulunun nə qədər effektli olduğunu qiymətləndiririk, buna görə kiçikdən başlayırıq”, - deyə “Twitter”dən vurğulanıb.