uaz-da-kutlevi-ixtisar

“UAZ”-da kütləvi ixtisar

“Ulyanovsk avtomobil zavodu” (UAZ) “ofis, köməkçi və servis şöbələrində məşğul olan təxminən minə yaxın işçisini” ixtisar etməyə hazırlaşır. İnsider.az-ın məlumatına görə, bunu “Facebook”-da Ulyanovsk vilayətinin sədri Aleksandr Smekalin bildirib.

“Bu, çox əndişəli məlumatdıır, çünki bir neçə min insan – UAZ-ın işçiləri və onların ailə üzvləri – çətin həyat şəraitinə düşə bilərlər. Qubernator Sergey Morozov artıq bu məsələyə dair öz narahatlığını bildirib”, — Smekalinin ismarışında deyilir.

Siyasətçinin sözlərinə görə, zavod ərazisində konsultasiya məntəqəsi yaradılacaq – burada ixtisara düşmüş işçilər rusiyalı və regionda çalışan xarici şirkətlərin təmsilçilərilə görüşərək işlə təminat və ya işgüzar təklif ala bilərlər.

“Avtostat”-ın məlumatlarına əsasən, yanvar-may aylarında minik kommersiya avtomobillərin seqmenti 7,8%, yəni 41,1 min ədədə kimi azalıb. Mayda minik avtomobillərin satışı 76 min vahid – 20,6% təşkil edib. UAZ realizasiyanı 7,5%-əcən aşağı salıb.

Samirə Məmmədova