uber-avstraliyada-sualti-taksi-ise-salacaq

“Uber” Avstraliyada “sualtı taksi” işə salacaq

“Uber” taksi servisi və Avstraliyanın “Tourism Queensland” turistik qrupu “sualtı taksi” işə salacaqlar. İnsider.az bu barədə “Uber”-in bloqunalayihənin saytına istinadla xəbər verir.

“ScUber” Avstraliyanın Kvinslend ştatında “Uber” tətbiqi vasitəsilə Böyük Sədd rifi üzrə səyahəti bron etməyə imkan yaradacaq. Sualtı qayıqda gəzintilər 2019-cu ilin mayın 27-dən iyunun 18-nə kimi məhdud sayda istifadəçilərə əlçatan olacaq.

İki nəfərlik “ScUber”-də gediş haqqı təxminən 3000 dollardır. Bu pula sərnişinləri vertolyota götürəcək, submarinada gəzdirib geri qaytaracaqlar.

Gəzintini həmçinin “ScUber”-in saytında da qazanmaq olar. Bunun üçün gəzintinin gələcək sərnişinə nəyə görə lazım olduğunu 25 sözlə izah etmək lazımdır. Qalib və onun yol yoldaşı hotellərdə pulsuz otaq və sualtı gəzintini əldə edəcək.

Layihədə bir neçə ölkənin (ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Yeni Zelandiya və Avstraliya) sakinləri iştirak edə bilər.

“ScUber” uğurlu olduğu təqdirdə, çox güman, şirkət müxtəlif lokasiyalı daha çox sərnişinin Böyük Sədd rifini görə bilməsi üçün xidməti daimi etməyə qərar verəcək.

Samirə Məmmədova