ABŞ höküməti “Uber”-in keçmiş mühəndisi olan Entoni Levandovskiyə “Google”-dan texnologiyaların oğurluğuna dair ittiham irəli sürüb. İnsider.az xəbər verir ki, bu barədə ABŞ ədliyyə nazirliyinin mətbuat xidməti bildirib.
39 yaşlı Levandovskiyə “Google”-dan 33 oğurluq epizodu və kommersiya sirrinin oğurlamaq cəhdində ittiham irəli sürüblər. İttiham qərarında iddia olunur ki, “Waymo”-dan (2009-2016-cu illərdə “Google”-a məxsus idi, daha sonra “Alphabet”-ə satıldı) gedişindən bir neçə ay əvvəl Levandovski “Google”-un qorunmuş repozitorilərindən “Google LiDAR” istifadəçi texnologiyasına (texnologiya pilotsuz avtomobillərə yoldakı vəziyyəti qiymətləndirməyə imkan verir) və avtomobilin avtopilot texnologiyasına aid çoxlu sayda texniki, istehsalat və biznes fayllar yükləyib.
“Yüklənmiş fayllarda çap plataların sxemləri, “LiDAR”-ın quraşdırma və testedilmə üzrə təlimatları və daxili izlənmə sənədi mövcud idi”, - ismarışda deyilir.
Levandovskinin günahı sübut olunduğu təqdirdə, onu 10 il müddətində həbs və ittihamnamənin hər bəndi üzrə 250 min dollar məbləğində cərimə kimi maksimal cəza gözləyir.
Samirə Məmmədova