uber-in-suruculeri-muzdlu-iscilere-beraber-tutulacaq

“Uber”-in sürücüləri muzdlu işçilərə bərabər tutulacaq

Kaliforniyada qəbul olunan AB5 qanun layihəsi “Uber”, “Lyft” və digər bu növ servislərin işçilərini muzdla tutulmuş əməkdaşlara bərabər tutur. Bu qanun layihəsinə kimi onlar müstəqil podradçı hesab olunurdular.

İnsider.az bu barədə “vc.ru”-ya istinadla xəbər verir.

Sənədi ştatın qubernatoru Hevin Nyusom imzalamalıdır.

Yeni qaydalara görə, şirkətlər işçilərinin müstəqil podradçı olduqlarını sübut etməli olacaqlar. Muzdlu işçi statusu sürücü və kuryerlərə sosial zəmanət almağa imkan yaradacaq – misal üçün, servislər onlara xəstəlik vərəqələri təqdim etməli və sığorta ödənişi etməli olacaqlar.

Qeyd edək ki, cari ilin iyun ayında “Barclays” maliyyə şirkəti “Uber” və “Lyft”-in Kaliforniyada bir sürücüyə olan illik xərclərinin 3625 dollar artacağını xəbər vermişdi. Bu, analitiklərin hesabına görə, “Uber” üçün ildə 500 milyonda çox, “Lyft” üçün isə ildə 290 milyon dollar əlavə xərc deməkdir.

Samirə Məmmədova