uber-marketinq-sobesinin-ucde-birini-ixtisar-edib

“Uber” marketinq şöbəsinin üçdə birini ixtisar edib

“Uber” şirkəti şöbənin optimallaşdırılması üçün 1200 marketinq əməkdaşlarından 400-nü işdən azad edib. İnsider.az bunu “CNBC”-ə istinadən xəbər verir.

Yeni komandada iki rəhbər olacaq – onlardan biri “TripAdviser”-dən şirkətə gəlmiş və effektiv marketinq, CRM və analitikaya görə cavabdeh olacaq Mayk Strikmandır. Həmçinin şirkət “Uber Eats”, b2b və digər istiqamətləri kurasiya edəcək qlobal marketinq üzrə vitse-prezident işə götürmək niyyətindədir.

“Bloomberg”-in məlumatına əsasən, “Uber”-in baş direktoru Dara Xosrovşahi işdən çıxarılmalar barədə əməkdaşlara elektron məktublar yazıb. O, həmçinin son vaxtlar şirkətin artımının ləngidiyini də əlavə edib.

Agentlik qeyd edir ki, ixtisarlar “Uber”-in ümumi personalının təxminən 1,6%-ə çatıb. Bu, cari ilin iyun ayında şöbənin rəhbəri Rebekka Messinanın gedişindən sonra şirkətdə marketinq şöbəsinin ilk böyük yenilənməsidir.

Qeyd edək ki, “Uber” marketinq, kommunikasiya və siyasət şöbələrini birləşdirilib – birləşmiş strukturun rəhbəri Cill Heyzelbeyker olub.

Samirə Məmmədova