“Uber Freight” yükdaşıma sifarişi üçün olan servisin qərargahı Çikaqoda yerləşəcək və üç il ərzində servis 2000-ə qədər işçi işə götürəcək.
İnsider.az bu barədə “The Verge”-ə istinadla xəbər verir.
“Uber” servisin inkişafına təxminən 200 milyon dollar sərf etməyi planlaşdırır, lakin şirkət investisiyaların müddətini açıqlamır.
“Uber”-in baş direktoru Dara Xosrovşahinin sözlərinə görə, 2019-cu ilin ikinci rübündə bu şöbə “heyranedici artım” nümayiş etdirməyə davam edib. Lakin irkət servisin maliyyə göstəricilərini açıqlamır.
Qeyd edək ki, “Uber” “Uber Freight” servisini 2017-ci ildə işə salıb, 2018-ci ildə isə onu müstəqil biznesə ayırıb. Hazırda servislə ABŞ və Avropada təxminən 400 min sürücü əməkdaşlıq edir.
Samirə Məmmədova