ucuncu-qrup-uzre-en-yuksek-bali-kim-toplayib-foto

Üçüncü qrup üzrə ən yüksək balı kim TOPLAYIB? - FOTO

III qrup üzrə ən yüksək nəticə əldə edən şəxs Bakı şəhəri, 286 saylı məktəbin şagirdi Nəcməddin Orucovdur.

O, ilk imtahandan maksimal 300 bal toplayıb. İkinci imtahanda isə 387,3 bal toplayıb.

Beləliklə, Nəcməddin 687,3 bal toplamaqla III qrup üzrə ən yüksək nəticəni göstərib.

Qeyd edək ki, o, iki il öncə IX siniflərin buraxılış imtahanında da yüksək nəticə göstərmiş və 276 bal toplamışdı.