ABŞ-ın Şimali Karolina ştatından olan 66 yaşlı təqaüdçü Çarlz Cekson "Powerball" lotereyasında 344,6 milyon dollar qazanıb.
İnsider.az xəbər verir ki, Ceksonu nəvəsi tərəfindən hədiyyə edilən uğurlu peçenyedəki ("Fortune cookie") qeyddə göstərilən rəqəmlər milyonçu edib.
Xoşbəxt şəxs məbləği tam şəkildə almaq üçün müntəzəm kiçik məbləğli ödənişlərdən imtina edib və təxminən, 158 milyon dollardan keçib. Təqaüdçü belə böyük qazancın onu və ya ailəsini çox da dəyişməyəcəyinə ümid etdiyini bildirib.
"Məncə, ciddi dəyişiklik olmayacaq. Demək istəyirəm ki, mən yenə cins geyinməyə davam edəcəyəm, lakin güman ki, bir neçə yenisini alacağam", - CNBC lotereya qalibinin sözlərindən sitat gətirib.
Cekson qazandığı vəsaitin bir hissəsini xeyriyyəçilik məqsədilə xərcləməyi planlaşdırır. O, bu puldan 1 milyon dolları qardaşına verəcək. Bundan əlavə, yeni milyonçu həyat yoldaşı ilə Vyetnama getməyi planlaşdırır.
©Report