uhanda-yeni-koronavirus-epidemiyasi-baslaya-biler

Uhanda yeni koronavirus epidemiyası başlaya bilər

Koronavirusun dünyaya yayıldığı Çinin Uhan şəhərində yeni koronavirus epidemiyası başlaya bilər.

Lenta.ru-nun məlumatına görə, çinli tədqiqatçıların bununla bağlı araşdırmalarının nəticələri “PLOS Neglected Tropical Diseases” jurnalında dərc olunub.

Məlum olub ki, xəstəliyin aşkar əlaməti olanlar sağaldıqdan sonra simptomsuz daşıyıcılar nəzərdən kənarda qalıb. Beləliklə, Uhanda COVID-19 epidemiyası yazda sona çatmayıb. Şəhərdəki və ətraf yaşayış məntəqələrində karantin tədbirləri götürüldükdən sonra da yayılmağa davam edib.

Yeni yoluxmaların əhəmiyyətli bir hissəsi sağlam insanların virusun simptomsuz daşıyıcıları ilə təmasda olması səbəbiylə meydana gəlib.

Tədqiqatçıların fikrincə, belə halların mövcudluğu daha az aqressiv koronavirus ştammlarının yenidən meydana gəlməsinə və Çində yeni COVID-19 epidemiyasına səbəb ola bilər.