ukrayna-milli-banki-devalvasiyaya-getmeli-olub

Ukrayna Milli Bankı devalvasiyaya getməli olub

Ukrayna Milli Bankı (ÜMB) devalvasiya barədə qərar verərək ABŞ dollarının məzənnəsini 25% artırıb.

Amerika valıyutasının məzənnəsi 36,5886 qrivnaya çatdırılıb. 

Tənzimləyici qurum bəyan edib ki, dolların məzənnəsinin 29,25 qrivna səviyyəsində saxlanılması ölkənin qızıl-valyuta ehtiyatları üçün çox baha başa gəlir. 

"Bu addım Ukrayna istehsalçılarının rəqabət qabiliyyətliliyini artıracaq, müxtəlif biznes və əhali qrupları üçün məzənnə şərtlərini yaxınlaşdıracaq və müharibə şəraitində iqtisadiyyatın sabitliyini qoruyacaq", - deyə UMB-nin açıqlamasında qeyd olunub. 

Report