ukrayna-prezident-ofisi-danisiqlarin-4-cu-raundu-cetin-seraitde-davam-edir

Ukrayna Prezident Ofisi: Danışıqların 4-cü raundu çətin şəraitdə davam edir

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Ukrayna və Rusiya nümayəndə heyətlərinin videoformatda görüşünün davam etdiyini bildirib.

O, bu barədə tviter səhifəsində yazıb.

"Tərəflər artıq mövqelərini daha dəqiq şəkildə ifadə edirlər. Ünsiyyət çətindir, amma gedir. Anlaşmazlığın səbəbi siyasi sistemlərimizin fərqliliyidir", - o qeyd edib. 

12:44

Ukrayna və Rusiya arasında danışıqların 4-cü raundu başlayıb.

Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

Müzakirələr videoformatda aparılır. 

"Danışıqların 4-cü turu keçirilir. Sülh, atəşkəs, qoşunların dərhal çıxarılması və təhlükəsizlik təminatları haqqında. Çətin müzakirədir. Rusiya təcavüzkar hərəkətlərinin mənasızlığını dərk etsə də, hələ də Ukraynanın dinc şəhərlərinə qarşı zorakılığın 19 gün davam etməsinin düzgün strategiya olduğuna dair bir illüziyası var", - M.Podolyak bildirib.

Report