ukrayna-ve-rusiya-arasinda-danisiqlarin-basladigi-bildirilir

Ukrayna və Rusiya arasında danışıqların başladığı bildirilir

Ukrayna və Rusiya arasında danışıqlar başlayıb.

Bu barədə Belarus mətbuatı yazır.

Ukrayna nümayəndə heyəti Rusiya Federasiyasının nümayəndələri ilə danışıqlarda iştirak etmək üçün Ukrayna-Belarus sərhədi ərazisinə gəlib. Ukrayna bildirib ki, Danışıqların əsas məsələsi dərhal atəşkəs və qoşunların Ukraynadan çıxarılmasıdır.

Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski deyib, “Rusiya Ukrayna ilə danışıqlarda hər iki tərəfin maraqlarına cavab verən razılığa gəlməkdə maraqlıdır”.