ukraynada-herbi-anbarlarda-partlayis-1-olu-26-yarali-seher-texliye-edilir

Ukraynada hərbi anbarlarda partlayış: 1 ölü, 26 yaralı – Şəhər təxliyə edilir

Ukraynanın Vinnitsk əyalətinin Kalinovka şəhərində hərbi anbarların atəşə tutulması nəticəsində ərazidə yanğınlar baş verib.

Kalinovkadakı hərbi hissədə baş vermiş partlayış nəticəsində bir hərbçi həlak olub, 26-sı yaralanıb. Partlayış dalğası hərbi hissə ərazisindəki bir neçə binanın da dağılmasına səbəb olub. Hazırda ərazidə yanğının söndürülməsinə çalışılır.

Hərbçilərin əhalinin təxliyəsi ilə də məşğul olduğu qeyd edilir.