ukraynada-qanli-yanvar-fotosergisi-kecirilib-video

Ukraynada "Qanlı Yanvar" fotosərgisi keçirilib - VİDEO

Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə fotosərgi açılıb. Xarkov şəhərində Azərbaycanın fəxri konsulluğunun təşkilatçılığı ilə açılan səgidə 1990-cı il 20 yanvar faciəsini əks etdirən fotolar nümayiş etdirilir. Paralel olaraq sərgi salonunda quraşdırılmış monitorlarda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Bakıda sovet ordusunun dinc əhaliyə qarşı həyata keçirdiyi qanlı faciəyə ilk siyasi qiyməti nümayiş olunur.

Sərginin açılış mərasimində çıxış edən Azərbaycanın Xarkov şəhərində fəxri Konsulu Əfqan Salmanov 20 yanvar faciəsinin Azərbaycanın müstəqillik tarixində oynadığı roldan danışdı. Məlumat verdi ki, hadisəyə ilk hüquqi qiymət ümummilli lider tərəfindən verilib və bu gündə 20 yanvar facisəsi qurbanları və onların ailə üzvləri dövlətin qayğısı ilə əhatə olunur. Əfqan Salmanov 20 yanvar faciəsinin təkçə Azərbaycan xalqının deyil, ümumilikdə keçmiş ittifaq ölkəsinin tarixinin dəyişməsində, xalqların müstəqillik istəklərinin reallaşdırıllmasında xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı.

Daha sonra 20 yanvar faiəsinin tarixindən bəhs edən qısametrajlı film nümayiş etdirildi. 20 yanvar faciəsi və hər iki ölkənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhramanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra Buzok İnformasiya və sərgi mərkəzində nümayiş etdirilən fotolara baxış oldu.

Sərgi 24 yanvara qədər davam edəcək. Sərgiyə daha geniş diqqət cəlb etmək üçün Xarkov şəhərinin bir neçə yerində bilbortlar quraşdırılıb və müxtəlif elan vasitələri ilə ictimaiyyət məlumatlandırılıb.