ukraynani-terk-ede-bilmeyen-azerbaycanli-telebeler-xarkov-hava-limani-baglanib-lvov-bombalanir

Ukraynanı tərk edə bilməyən azərbaycanlı tələbələr: “Xarkov hava limanı bağlanıb, Lvov bombalanır”

Vasili Karazin adına Xarkov Milli Universitetinin azərbaycanlı tələbələri Ukraynadakı hərbi vəziyyətlə əlaqədar olaraq ölkəni tərk edə bilmirlər.

Bu barədə həmin universitetin tələbələrindən biri olan Fərhan Qəhrəmanlı bildirib:

“Biz təxminən 10-a yaxın azərbaycanlı tələbə ölkəmizə qayıtmaq istəyirik, ancaq qayıda bilmirik. Xarkovdakı hava limanı bağlanıb. Dneprə gedə bilmirik. Ən yaxşı halda Lvov vasitəsilə qatarla Polşaya getmək olar. Ancaq ora da Belarus ərazisindən bombalanır. Ona görə də bizim Ukrayna ərazisindən çıxarılmamıza köməklik edilməsini istəyirik”.

Oxu.Az