Ukrayna Təhlükəsizlik Xidməti Ukraynaya qarşı döyüşən rusiyalı əsirlər üçün real həbs müddətini açıqlayıb. Onlardan üçü 15 il, ikisi 10, biri isə səkkiz il müddətinə azadlıqdan məhrum edilib.
Bundan əlavə, UTX müstəntiqləri Baş Prokurorluqla birlikdə Buça rayonu ərazisində cinayətlərdə iştirak edən Rusiya ordusunun üç üzvünü müəyyən ediblər. Hazırda onların beynəlxalq axtarışa verilməsi məsələsi həll edilir.
Xatırladaq ki, Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç Buça, Qostomel və İrpendə hərbi cinayətlər törətmiş Rusiya ordusunun hissə və bölmələrinin siyahısını dərc edib.
Oxu.Az