27 ildən artıqdır ki, fəaliyyət göstərən Unibank KB ASC bir neçə gün öncə qarşılaşdığı faktla əlaqəli sosial şəbəkələrdə iradlara hədəf olub.
Belə ki, saytda yerləşdirilən xəritədə Dağlıq Qarabağ və ətraf rayonların adları erməni dilində qeyd edilib.
İnsider.az xəbər verir ki, bu məsələ ilə bağlı Unibank-a müraciət etdik. Bankdan verilən cavabı diqqətinizə çatdırırıq.
“Bildiyiniz kimi bu xəritə Google-dan götürülür. Ölkəmizdəki dövlət və özəl qurumlar bu xəritədən istifadə edir. Unibank olaraq, bu problemin aradan qaldırılması üçün bir neçə dəfə “Google” şirkətinə rəsmi müraciət edilib, cavab olmayıb”.
Qeyd edək ki, xəritə artıq bankın saytından götürülüb. Amma, bu problemin həlli deyil. Müvafiq ölçülər götürülmədiyi və labüd addımlar atılmadığı təqdirdə eyni problem ilə digər qurumlar da qarşılaşacaq.
Xatırladaq ki, bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 1992-ci ildən etibarən mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.