unicef-den-usaq-emeyinin-istismari-ile-bagli-heyecan-tebili

UNICEF-dən uşaq əməyinin istismarı ilə bağlı həyəcan TƏBİLİ

Dünyada əmək öhdəliyi yaşına çatmamış 152 milyon uşağın əməyi qeyri-qanuni istismar olunur.

İnsider.az-ın məlumatına görə, bu barədə BMT-nin Uşaq Fondu bəyan edib.

UNICEF-in hesablamalarına görə, belə uşaqların 72 milyonu Afrikada, daha 62 milyonu Asiyada yaşayır. İstismar edilən uşaqların 70%-dən çoxu kənd təsərrüfatı və həyat üçün təhlükəli şəraitdə işləyir.

Fondun qeyd etdiyinə görə, 2000-dən 2016-cı ilədək istismar olunan uşaqların sayı 100 milyon azalıb. UNICEF son üç ildə belə uşaqların sayının azalma tempinin ləngiməsinə dair narahatlığını ifadə edib.

Fond vurğulayır ki, bu problemin həllində mühüm olanı məktəb təhsilinə çıxışın olmasıdır.

Xatırladaq ki, uşaq əməyinin istismarı insan haqları haqda konvensiyaya əsasən qeyri-qanunidir.

Samirə Məmmədova