İtaliyanın iri bankı "UniCredit SpA" yeni strateji plan çərçivəsində 10 min nəfəri işdən çıxarmağı və xərclərini azaltmağı nəzərdən keçirir.
İnsider.az xəbər verir ki, bunu mözuya yaxın mənbələr bildiriblər.
Məsələnin ictimaiyyətə açıq olmaması səbəbindən adlarının açıqlanmasını istəməyən mənbələr, İtaliya bankının ixtisar edəcəyi sayın 10 min nəfərdən aşağı ola biləcəyini də qeyd edib. Say hələ dəqiq müəyyən edilməyib.
Verilən məlumata görə, ixtisarlar bankının ən çox işçisinin olduğu İtaliyada və digər ölkələrdə olacaq.
Eyni zamanda Bank əməliyyat xərclərini də 10 faiz azaltmağı qiymətləndirir.
©Marja