uniqlo-sentyabrdan-plastik-paketlerden-imtina-edir

“Uniqlo” sentyabrdan plastik paketlərdən imtina edir

“Uniqlo” geyim mağazalar şəbəkəsinin məxsus olduğu “Fast Retailing” şirkəti 2020-ci ilə plastik paketlərdən tamamilə imtina etmək planları haqda elan edib. İnsider.az-ın məlumatına görə, bu barədə şirkətin ismarışında deyilir.

Sentyabrın 1-dən “Uniqlo”-nun bütün mağazaları təkrar emal olunmuş kağız və ya sertifikatlandırılmış eko-kağızdan hazırlanan paketlərə keçəcəklər.

Yeni paketlər ödənişli olacaq. Onların dəyəri təxminən 0,079 dollar təşkil edəcək. Paketlərə olan ödənişləri şəbəkə cari ilin sentyabrı və ya 2020-ci ilin yanvarından götürəcək.

“Uniqlo” plastikdən və bəzi malların, məsələn, ev başmaqlarının qablaşdırmasından imtina edəcək.

“Uniqlo”-nun addımına “Fast Retail”-in digər brendləri (“Theory”, “Comptoir des Cotonniers” və “Princesse Tam.Tam”) də qoşulacaq.

“Fast Retailing” bütün sadalanan tədbirlər sayəsində plastik istifadəsini illik 85%, yəni təxminən 8 tona kimi azaltmağa nail olacaqlarını gözləyirlər. Qeyd edək ki, “Fast Retailing”-in bütün dünyada 3,5-dən çox mağazası var, onlardan 2,1 mini “Uniqlo”-nun payına düşür.

Samirə Məmmədova