2006-ci ildə məşhur investor və dünyada ən varlı insanlardan biri - var-dövləti 88 milyard dollar dəyərləndirilən - olan Uorren Baffet hedj fond sənayesinə meydan oxudu. O açıq şəkildə elan etdi ki, on il ərzində "S&P"-nin indeks fondu hec fondların toplanmasını üstələyəcək və onlara 500 000 dollar dəyərində yatırım etməyə hazırdır. İndeks fondu bazarın effektivliyini əks etdirir və adətən sadəcə illik ödəniş tələb edir. Hedj fondlar digər tərəfdən aktiv ticarətin təcəssümü sayılırlar. Onların məqsədi müxtəlif ticari strategiyaları istifadə etməklə, stabil gəliri təmin etmək və bazarı üstələməkdir. Adətən onlar öz sehrləri üçün çox yüksək ödəniş alırlar: standart "2 və 20"-dir, bu da o deməkdir ki, 2% idarə üçün, 20% isə məhsuldarlıq üçün mükafatdır (yəni, onlar 20%-i realizə olunan gəlirdən alırlar).
Uzun müddət ərzində Baffetin çağırışı cavab ala bilmədi, lakin 2007-ci ilin sonu "Protégé Partners"-dən Ted Saydes mərci qəbul etdi. O beş müxtəlif strategiyalı (kvant ticarət, uzun-qısa, makro və s.) hedj fondların (fond strukturların fondunda) diversifikasiya səbətini yaratdı. O əmin idi ki, onlar S&P 500-ü üstələyəcəklər. Baffet və Saydes hər biri stolun üzərinə 500 000 dollar qoydular, Baffet isə Uzun Mərclərə mərc edərək, elan etdi:
"1 yanvar 2008-ci ildən başlayıb, 31 dekabr 2017-ci ildə bitən on illik müddət ərzində S&P 500 onun məhsuldarlığı təmiz gəlirlərin, gecikmələrin və xərclərin əsasında ölçüləndə, hedj fondlarının fond portfoliyosunu üstələyəcək".
Üç dərs aşağıdakılardan ibarətdir:
1. Bazarı üstələmək çox çətindir. Sizin onu ayı bazarı zamanı üstələməyiniz üçün yetərincə şansınız ola bilər, lakin öküz qaçışında daim öz pozisiyanıza daxil olub, çıxaraq, xeyli miqdarda gəliri əldən verəcəksiniz.
2. Yüksək ticari aktivlik gəliri aşağı salır. Əsas səbəb aydındır, bunlar ticari ödənişlərdir. Hər dəfə siz saziş imzaladıqda, ticari komisyonlar ödəyirsiniz və bu da sizin portfelə əlavə mənfi təsir göstərir. Bundan başqa, siz nə qədər çox alver etsəniz, daha çox xəta edə bilərsiniz (və edəcəksiniz də).
3. Passiv investisiya əksər inverstorlar üçün ən yaxşı seçimdir. Passiv investor olmaqla siz dünyanın iri hedj fondlarında ən ağıllıları daxil olmaqla, digər iştirakçıları 99,99% üstələyəcəksiniz.
Samirə Məmmədova