usaqlarda-autizmin-inkisafinin-yeni-elameti-askar-edildi

Uşaqlarda autizmin inkişafının yeni əlaməti aşkar edildi

Uşaqlarda atipik qidalanma davranışı autizmin inkişafından xəbər verə bilər.

İnsider.az xəbər verir ki, “Medical Note”-un məlumatına əsasən, belə bir nəticəyə ABŞ-ın Pensilvaniya universitetinin alimləri gəliblər.

Aparılan araşdırmaların nəticələrinə əsasən, xəstəlikdən əziyyət çəkən uşaqların 70%-i öz qidalanma adətini dəyişirlər. Belə ki, uşağın ancaq müəyyən ərzaqları yemək istəməyi autizmin inkişafının göstəricilərindəndir. Belə uşaqlar yalnız konkret rəng və ya formada olan yeməyə üstünlük verə bilirlər.

Bundan savayı, uşaqlar ərzağın tekstura və temperaturuna da qarşı həssas olurlar, bəzən isə autizmli uşaqlar ümumiyyətlə yeməkdən imtina edib, onu cibində gizlədə bilirlər.

© Oxu.az