usd-tl-mezennesi-rekord-yeniledi

USD/TL məzənnəsi rekord yenilədi

Dollar/TL məzənnəsi, Fed-in faiz qərarından sonra 2021-ci ilin dekabrında görülən əvvəlki rekord səviyyəsini keçib.

USD/TL (Dollar/Türk Lirəsi) məzənnəsi tarixi pik həddinə çatıb.

2021-ci ilin dekabrında 18,3633 səviyyəsini keçərək rekord səviyyəyə çatan USD/TL məzənnəsi bu gün 18.3809 səviyyəsini test edərək rekord yeniləyib.

FED-in qərarından sonra dollar güclənir, inkişaf etməkdə olan ölkələrin valyutalarının dollar qarşısında ucuzlaşırlar.

Dollar/TL məzənnəsi 20 dekabr 2021-ci ildə rekord səviyyəyə qalxaraq 18.3633-ə yüksəlmiş və həmin gün axşam saatlarında Prezident Rəcəb Tayyib Ərdoğanın qorunan depozit alətini elan etməsindən sonra kəskin düşmüşdü.

2022-ci ilin may ayına qədər nisbətən sabit qalan məzənnə sonra sürətlənib və yenidən 18 səviyyəsinin üzərində olub.

Avqust toplantısına qədər faizini 14 faiz səviyyəsində saxlayan Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) gözləntilərin əksinə olaraq  iclasda 100 bəndlik endirimlə faiz dərəcəsini 13 faizə endirib.

FED-in aqressiv faiz artırmasından sonra diqqət Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının bugünkü faiz qərarına yönəlib. Bloomberg-in sorğusunda iştirak edən iqtisadçılar, bankın faiz dərəcəsini 50 bənd də azaldaraq 12,50 faiz müəyyən edəcəyini gözləyirlər. TCMB-nin faizini sabit saxlayacağını gözləyənlər də var.

Marja