ust-2021-ci-ilden-tez-peyvend-olmayacaq

ÜST: 2021-ci ildən tez peyvənd olmayacaq

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı təsirli peyvəndin ancaq 2021-ci ildə istifadəyə verilə biləcəyini açıqlayıb.

İnsider.az xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.

ÜST-ün fövqəladə hallar şöbəsinin müdiri Mayk Rayan peyvənd yaradılması prosesində irəliləyişin əldə olunduğu qeyd edib. Lakin təşkilat rəsmisi 2021-ci ilin əvvəllərinə qədər peyvəndin tətbiqinə başlanmasını gözləməməyi tövsiyə edib.

“Realist olsaq, gələn ilin əvvəlində insanların peyvənd olunduğunu görə biləcəyik”, - deyə, Mayk Rayan bildirib.