ust-covid-19-nezaret-edilmesi-mumkun-olan-pandemiyadir

ÜST: “COVID-19 nəzarət edilməsi mümkün olan pandemiyadır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla bağlı ümidləndirici açıqlama verib.

İnsider.az xəbər verir ki, ÜST-ün baş direktoru Tedros Adanom Gebreisus koronavirusun nəzarət edilməsi mümkün olan qlobal infeksiya olduğunu deyib.

O, Cenevrədə diplomatlara verdiyi açıqlamada “əgər ölkələr virusla mübarizə üçün tədbir görərlərsə, COVID-19-a nəzarət etmək mümkündür” deyib.

Gebreisus bəzi ölkələrin zəruri tədbirlər görməməsindən narahatlıq yarandığını qeyd edib.