Ümumdünya Səhiyyə Təşkilatı dünya ictimaiyyətini koronavirusa, xüsusilə də onun “Delta” ştammına qarşı mübarizə üçün 7.7 milyard dollar ayırmağa çağırıb.
Bu barədə təşkilatın Cenevrədə yerləşən baş ofisindən yayılan press-relizdə bildirilib.
Sözügedən vəsaitin COVID-19 yoxlamalarının genişləndirilməsi, epidemioloji monitorinqin təkmilləşdirilməsi, xəstəxanaların oksigenlə, həmçinin lazımi qoruyucu vasitələrlə təminatı üçün xərclənəcəyi qeyd edilib.