ust-den-2021-ci-ilde-yeni-problemler-barede-xeberdarliq

ÜST-dən 2021-ci ildə yeni problemlər barədə XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreisus 2021-ci ildə dünyanın koronavirus da daxil olmaqla, yeni problemlərlə qarşılaşacağını açıqlayıb.

İnsider.az xəbər verir ki, bu barədə o, Cenevrədə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, yeni ildə yeni problemlər gözlənilir, məsələn, COVID-19-un fərqli formaları. Bundan başqa, o qeyd edib ki, pandemiyadan bezmiş insanlara yardım göstərilməlidir.

ÜST rəhbəri dövlətləri BMT və digər ölkələrlə epidemioloji məlumat mübadiləsi aparmağa çağırıb.

Oxu.Az