Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus COVID-19 dövrünün sona çatmadığını, əksinə, virusun daha sürətlə yayıldığını bildirib.
“Reuters” agentliyi xəbər verir ki, ÜST-ün rəhbəri bu barədə jurnalistlər üçün keçirilən brifinqdə məlumat verib.
“Hamımız pandemiya dövrünün sona çatmasını istəyirik. İnsanlar adi həyatına qayıtmağı arzulayır. Lakin acı reallıq bundan ibarətdir ki, proses sona çatmaq istiqamətində irəliləmir.
Bir çox ölkələr müəyyən irəliləyişlər əldə etsələr də, pandemiya sürətlə yayılır”, - deyə təşkilat rəhbəri bildirib.