“Koronavirus pandemiyasının ikinci dalğası qaçılmazdır, çünki əhalinin əksəriyyətinin virusdan immuniteti yoxdur”.
İnsider.az xəbər verir ki, bunu müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vuynoviç deyib.
“Bu tamamilə yeni virusdur və əhalinin çox kiçik bir təbəqəsi bu virusa qarşı immunitetə malikdir. Buna görə də xüsusi bir profilaktika, peyvənd hazırlanana qədər ikinci dalğanın qarşısını alaçağımızı söyləyə bilmərik”, - deyə o bildirib.