ust-rehberi-500-milyon-insani-gozleyen-tehlukeni-aciqladi

ÜST rəhbəri 500 milyon insanı gözləyən təhlükəni AÇIQLADI

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə olaraq fəaliyyətsizliyin fəsadları ilə bağlı qlobal hesabat hazırlayıb.

Bu gün açıqlanan hesabata görə, hökumətlər bu məsələ ilə bağlı mövqeyini dəyişməsələr, 2020-2030-cu illər arasında fiziki aktivliyin olmaması səbəbindən ürək problemləri, piylənmə və şəkərli diabet kimi xəstəliklərdən əziyyət çəkən insanların sayı təxminən 500 milyona çatacaq.

Bunun səhiyyə sistemlərinə hər il təxminən 27 milyard dollara başa gələcəyi təxmin edilir.

Müvafiq prosesin yaradacağı iş yükünün digər xəstələrə göstərilən xidməti də yavaşladacağı düşünülür.

Təşkilat müəyyən edib ki, ölkələrin yalnız 30 faizində bütün yaş qrupları üçün fiziki fəaliyyət qaydaları var.

Nəticələri şərh edən ÜST-nin baş katibi Tedros Adhanom Qebreyesus bildirib ki, daha çox ölkənin insanları gəzməyə, velosiped sürməyə, idmana və digər fiziki fəaliyyətlərə təşviq etməsinə ehtiyac var.