Xəstəliklər, pandemiyalar insan həyatının bir hissəsidir və dünya ölkələri növbəti böyük epidemiyaya qarşı daha yaxşı hazırlaşmalıdırlar.
İnsider.az xəbər verir ki, bu barədə Cenevrədə brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus xəbərdarlıq edib.
“Bu son pandemiya deyil. Tarix bizə epidemiyaların və pandemiyaların əslində həyatın bir parçası olduğunu öyrədir”, - deyə o, əlavə edib.
ÜST rəhbəri bir sıra ölkələrin səhiyyə sektorunun inkişafına laqeyd yanaşdıqlarını və bunun da SARS-CoV-2 koronavirus pandemiyası ilə mübarizəyə hazırlıqlarına təsir etdiyini bildirib.
“Növbəti belə hadisəyə dünya indi olduğundan daha yaxşı hazırlanmalıdır”, - deyə o, sözlərini yekunlaşdırıb.