Bəşəriyyət gec-tez yeni bir pandemiya ilə üzləşəcək və o, indiki ilə müqayisədə daha təhlükəli olacaq.
Bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus təşkilatın 74-cü sessiyasının açılışında bildirib.
“Bu virusdan da yoluxucu və ölümcül bir virus peyda olacaq”, – ÜST rəhbəri deyib.
Onun sözlərinə görə, məhz viruslarla mübarizə dövlətlərin bir-birilə rəqabət aparmamalı, əksinə, əməkdaşlıq etməli olduğunu göstərir.
Report