ABŞ və Çin arasında ticarət mübahisələrinin qızışması fonunda Ümumdünya Ticarət Təşkilatı (ÜTT) qlobal ticarətin artımı ilə bağlı proqnozlarını azaldıb.
İnsider.az xəbər verir ki, bu barədə xarici mətbuatda məlumat yayılıb.
Məlumata görə, ÜTT bu il qlobal ticarət dövriyyəsinin 1,2%, gələn il isə 2,7% böyüyəcəyini proqnozlaşdırır. Bu rəqəmlər indiyə qədər müvafiq olaraq 2,6% və 3% təşkil edib.
Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsini şərh edən təşkilat bunun təsirlərinin digər qitələrdə hiss olunmayacağını bəyan edib.
Report