“Forbes” jurnalı rusiyalı milyarderlərin yeni siyahısını tərtib edib.
İnsider.az xəbər verir ki, siyahıda ilk yerdə “Sibura” və “Novatek” iri auksionerlərinin rəhbəri Leonid Mixelson liderlik edir. Onun sərvəti 26,2 milyard dollar miqdarında dəyərləndirilir.
İkinci yerdə 22,1 milyard dollar sərvətlə Prezident Vladimir Putinlə yaxınlığı ilə tanınan, Leonid Mihelsonun ortağı Qennadi Timçenko qərarlaşıb.
Azərbaycanlı iş adamı, “Lukoyl” şirkətinin Prezidenti Vahid Ələkbərov siyahıda üçüncü yerdədir. O, 21,2 milyard dollar sərvətə sahibdir.
Dördüncü yeri 20,8 milyard dollar sərvətlə “NLMK” şirkətinin direktorlar şurasının sədri Vladimir Lisin tutub.
Beşinci yerdə isə “Severstali” şirkətinin direktorlar şurasının sədri Aleksey Mordaşov qərarlaşıb. O, 20,4 milyard dollar sərvətə yiyələnib.
©“Qafqazinfo”