Minlərlə insan dələduzların qurbanı olub...
Koronavirus pandemiyasından ən çox ziyan çəkən, yoluxma sayına görə (30,6 milyon nəfərdən çox) dünyada ikinci, ölüm sayına görə (403 310) isə üçüncü olan Hindistanda yeni skandal alovlanır.
Polis insanları aldadaraq, onlara yalançı COVID peyvəndi satan şəbəkənin izinə düşüb. Təkcə Hindistanın ən iri şəhərlərindən biri olan Mumbayda 12-dən çox belə mərkəz fəaliyyət göstərib.
Araşdırmalar nəticəsində 2 mindən çox insana vaksin əvəzinə duzlu su vurulduğu məlum olub. Polis artıq 14 şəxsi, o cümlədən bir neçə həkimi həbs edib. May-iyun ayları ərzində vaksinləri pulla sataraq, 30 min dollardan çox pul qazanan şəbəkənin digər üzvlərinin axtarışı davam edir.
Marja