vaksinasiya-strategiyasi-na-uygun-olaraq-vaksinasiya-prosesi-heyata-kecirilir

"Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiya prosesi həyata keçirilir

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiya prosesi uğurla davam etdirilir.

Strategiyaya uyğun olaraq fevral ayının 8-dən etibarən COVID-19 əleyhinə vaksinasiyasının növbəti mərhələsi həyata keçirilməyə başlamışdır. Bu mərhələnin nizamlı təşkil olunması məqsədi ilə 65 yaşdan yuxarı vətəndaşlarımız 5 fevral 2021-ci il saat 00:00-dan etibarən randevu.its.gov.az internet ünvanından qeydiyyatdan keçməklə vaksinasiya olunmaq üçün ən yaxın tibb məntəqəsini seçmiş və özünün əvvəlcədən təyin etdiyi vaxtda qeydiyyatdan keçmişdir.                                                                                                                                               

Qeyd edək ki, rayonumuzun ərazisində fəaliyyət göstərən tibb məntəqələrində də vaksinasiya prosesi uğurla həyata keçirilir. Bununla əlaqədar, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının müavini Sevinc Süleymanova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev və digər əməkdaşlarla birlikdə vaksinasiya prosesini yerində izləmişlər.                                                                                                                                                      

Xatırladaq ki, "randevu.its.gov.az" saytından qeydiyyatdan keçmək üçün vətəndaş şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və FİN məlumatını daxil edilir. “Tibb müəssisəsi” bölməsindən vaksinasiya aparılan məntəqənin adını həm ünvana, həm də məntəqə adına görə axtarmaqla seçim edilir. Məntəqə seçimindən sonra peyvənd olunacaq tarix və saat seçilir, həmçinin məlumatlandırma üçün mobil nömrə qeyd olunur. Təsdiq etdikdən sonra mobil nömrəyə SMS vasitəsi ilə bildiriş göndərilir.