valyuta-bazarinda-1-milyard-dollara-yaxin-profisit-var

"Valyuta bazarında 1 milyard dollara yaxın profisit var"

“Hazırda valyuta bazarında 1 milyard dollara yaxın profisit var”.

İnsider.az-ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

“Bu gün bizim böyük qayğımız, bu vəsaitləri ilin sonunadək necə sataq ki, dövlət büdcəsi öz öhdəliklərini yerinə yetirə bilsin. Hazırda Mərkəzi Bankın bu vəsaitləri alması da arzuolunan variant deyil, əlavə emissiyaya səbəb olur”,- Mərkəzi Bankın sədri əlavə edib.