valyuta-herraci-kecirildi-dollara-teleb-yeniden-artib

Valyuta hərracı keçirildi - DOLLARA TƏLƏB YENİDƏN ARTIB

13 oktyabr 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir. Hərracda tələb 62,9 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Xatırladaq ki, 08 Oktybar  2020-ci il tarixində keçirilmiş hərracda tələb 58 milyon ABŞ dolları təşkil etmişdi.