Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracında tələb 220,8 mln ABŞ dolları təşkil edib.
İnsider.az xəbər verir ki, bu da martın 10-da formalaşmış tələbdən 102,4 mln ABŞ dolları və ya 32% az olub.
Məlumata görə, qrafik üzrə keçiriləcək növbəti valyuta hərracınadək qalan günlərin sayı nəzərə alınaraq, o cümlədən banklar tərəfindən həftəsonu valyuta satışlarının fasiləsizliyinin təmin edilməsi məqsədilə bankların hərracda tələbi tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.