26 iyul 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Hərracda tələb 15,8 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
21 İyul 2022-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 18,6 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.
2022-ci ilin əvvəlindən bu yana keçirilmiş 55 valyuta hərracında banklara 2 milyard 921,9 milyon dollar satılıb.
Valyuta hərracında yalnız banklar valyuta ala bilirlər.