22 İyun 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Mərkəzi Bankının məlumatına görə, hərracda tələb 20,5 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
20 İyun 2023-cü il tarixində keçirilmiş valyuta hərracında tələb 23,6 milyon ABŞ dolları təşkil etmişdi.
2023-cü ilin əvvəlindən bu yana keçirilmiş 45 valyuta hərracında banklara cəmi 1 milyard 591 milyon dollar satılıb.
Valyuta hərracında yalnız banklar valyuta ala bilirlər.