valyuta-herraci-kecirildi-neticesi

Valyuta hərracı keçirildi - NƏTİCƏSİ

20 oktyabr 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

İnsider.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 63,8 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Xatırladaq ki, 15 oktyabr 2020-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 64,7 milyon ABŞ dolları təşkil etmişdi.