valyuta-herraci-kecirildi-neticesi

Valyuta hərracı keçirildi - NƏTİCƏSİ

19 iyul 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 21,2 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

15 İyul 2022-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 16,7 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi. 

2022-ci ilin əvvəlindən bu yana keçirilmiş 53 valyuta hərracında banklara 2 milyard 887,5 milyon dollar satılıb.

Valyuta hərracında yalnız banklar valyuta ala bilirlər.