valyuta-herraci-kecirildi-neticesi

Valyuta hərracı keçirildi - NƏTİCƏSİ

02 İyun 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

İnsider.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 51,9 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.