valyuta-herraci-kecirildi-neticesi

Valyuta hərracı keçirildi - NƏTİCƏSİ

03 noyabr 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

İnsider.az xəbər verir ki, hərracda tələb 62,4 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Qeyd edək ki, 29 oktyabr 2020-ci il tarixində keçirilmiş hərracda 62,9 milyon ABŞ dolları təşkil etmişdi.