valyuta-herraci-kecirildi-neticesi

Valyuta hərracı keçirildi - NƏTİCƏSİ

12 may 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

İnsider.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 47,9 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Xatırladaq ki, 07 may 2020-ci il tarixində keçirilmiş hərracda tələb 56,5 milyon ABŞ dolları təşkil etmişdi.