valyuta-herraci-kecirildi-neticesi

Valyuta hərracı keçirildi - NƏTİCƏSİ

11 Aprel 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Mərkəzi Bankın məlumatına istinadən, hərracda tələb 27,3 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

06 Aprel 2023-cü il tarixində Mərkəzi Bankda keçirilmiş valyuta hərracında tələb 29,6 milyon ABŞ dolları təşkil etmişdi.

2023-cü ilin əvvəlindən bu yana keçirilmiş 26 valyuta hərracında banklara cəmi 1 milyard 64,8 milyon dollar satılıb. 

Valyuta hərracında yalnız banklar valyuta ala bilirlər.