valyuta-herraci-kecirildi-neticesi

Valyuta hərracı keçirildi - NƏTİCƏSİ

31 mart 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

Mərkəzi Bankın yaydığı məlumata görə, hərracda tələb 95,6 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Xatırladaq ki, 10 mart 2020-ci il tarixində Mərkəzi Bankda keçirilmiş hərracda tələb 323,2 milyon ABŞ dolları, 11 Martda keçirilmiş hərracda tələb 155 milyon ABŞ dolları, 12 Marta keçirilmiş hərracda 220,8 milyon ABŞ dolları, 13 martda keçirilmiş hərracda  tələb 265,2 milyon ABŞ dolları, 17 Martda isə 250,3 milyon ABŞ dolları, 19 Martda 243,7 milyon ABŞ dolları, 29 Martda 106,5 milyon ABŞ dolları təşkil etmişdi.

Beləliklə, son 8 valyuta hərracında banklar 1 milyard 666 milyon 900 min dollar alıblar.