26 May 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
24 May 2022-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 29,1 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.
2022-ci ilin əvvəlindən bu yana keçirilmiş 38 valyuta hərracında banklara 2 milyard 430,8 milyon dollar satılıb.